Deputatlığa namizəd QHT rəhbərləri ilə görüşdü - FOTOLAR

Bu gün Milli Məclisə növbəti seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən 63 saylı Sabirabad 1-ci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Kamal Cəfərov təbliğat-təşviqat kampaniyası çərçivəsində qeyri-hökumət və ictimai təşkilat nümayəndələri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə şıxış edən deputatlığa namizəd tələbəlik illərində özünün də QHT sədri olduğunu bildirib və bu görüşü xoş təsadüf adlandırıb.

"Avropa Hüquqşünas Tələbə Assosiasiyası (ELSA Azerbaijan) və Avropa Gənclər Parlamentinin (European Youth Parliament Azerbaijan - EYP Azerbaijan) Azərbaycan nümayəndəliklərinin təsisçisi olmuşam, ASAN Könüllüləri Gənclər Təşkilatının (ASAN Könüllüləri / ASAN Volunteers) inkişafına dəstək vermişəm. Bu sahədə qazandığım təcrübəni, o cümlədən donor təşkilatlarla iş, beynəlxalq və yerli layihələrin təşkili, gənclərin qeyri-təhsil bacarıqlarının artırılması sahəsində qazandığım təcrübəni Sabirabadımız üçün səfərbər etməyə hazıram", deyə Kamal Cəfərov qeyd edib.

Görüşdə çıxış edən QHT rəhbərləri deputatlığa namizəd Kamal Cəfərovun Milli Məclisdə sabirabadlıların təmsilçisi olmasını ürəkdən istədiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə