Seçkiləri izləmək üçün 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib - AÇIQLAMA

Milli Məclisə seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 22 min 746 müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə