Parlament seçkilərində 2431 nəfər iştirak etmək istəyir

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: "Onlardan 2247 nəfəri imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə