MSK DSK-nın qərarını qüvvədə saxlayıb -AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş Hacıağayev Nəzərbəyin müraciətinə baxılıb. SİA-nın məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. A.Muxtarova bildirib ki, N.Hacıağayev sənədlərinin dairə seçki komissiyası tərəfindən qəbul edilmədiyini iddia edir: "MSK-nın Ekspert Qrupunun üzvləri həmin DSK ilə əlaqə saxlayıb. Lakin Hacıağayevin bu iddiasını doğrulamaq mümkün olmayıb". MSK DSK-nın qərarını qüvvədə saxlayıb. Qeyd edək ki, 28 saylı Sabunçu seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Hacıağayev Nəzərbəy hüquqlarının dairə seçki komissiyasında pozulması ilə bağlı MSK-ya şikayət ünvanlayıb. Onun sözlərinə görə, yanvar ayının 10-u saat 16:00-da seçki dairəsinə imza vərəqələrinə təqdim etsə də, onun imza vərəqələri DSK nümayəndələri tərəfindən qəbul edilməyib və müxtəlif bəhanələr gətirilib.
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə