YAP-ın namizədi ağsaqqal və ziyalılarla görüşüb

32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Afət Həsənova 17 yanvar 2020-ci il tarixində rayon Yeni Azərbaycan Partiyasının inzibatı binasında ağsaqqalar və ziyalılar ilə görüş keçirib. Çıxış edən Afət Həsənova fəaliyyəti haqqında məlumat verərək, seçki platformasını açıqlayıb.

O, ağsaqqalların xeyir-duasını alaraq çıxdığı bu şərəfli və məsuliyyətli yolda seçiciləri fəal olmağa çağırıb, onların düzgün seçimini Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verəcəkləri töhfə kimi dəyərləndirib.

32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizədi Afət Həsənova qəsəbəni narahat edən bəzi problemləri dinləyib və həlli istiqamətində müzakirələr aparıb.

Görüşdə çıxış edən ağsaqqal və ziyalılar Afət Həsənovanın sakinlərin problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını, eyni zamanda rayonun ictimai-siyasi həyatındakı fəaliyyətini, sadəliyi və səmimiliyi ilə sakinlərin rəğbətini qazanmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq seçkilərdə qəti şəkildə Afət Həsənovanı dəstəkləyəcəklərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə