Samux rayonunda YAP-ın namizədi seçicilərlə görüş keçirib

2020-ci il fevral ayının 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.Ölkəmizin siyasi sistemində aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası bu seçkilərə böyük ruh yüksəkliyi və möhtəşəm qələbə əzmi ilə qatılır. 102 saylı Samux-Şəmkir seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizəd Səfərov Nizami Abdulla oğludur.

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkilərində iştirak edən namizədlərin təşviqat kampaniyasına start verilib. Bununla əlaqədar olaraq namizəd Nizami Səfərov Samux rayonunun Poylu, Qarabağlı, Kəsəmən, Salahlı və Burunqovaq kəndlərində seçicilərlə görüş keçirmişdir. Görüş zamanı namizəd seçiciləri öz platforması ilə ətraflı tanış edib, onları maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə