Qusar seçiciləri ona inanır və etibar edirlər

Bu gün YAP Qusar rayon təşkilatında 51 saylı Qusar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Azər Badamovun təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon seçiciləri ilə görüşü keçirildi.

Görüşü giriş sözü ilə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açaraq, Azərbaycanda son illərdə keçirilən seçkilərin demokratik prinsiplər əsasında həyata keçirildiyini bildirdi: "Dövlət tərəfindən görülən işlərin nəticəsi olaraq, seçicilər bu proseslərdə fəal iştirak edir, namizədlərinə səs verirlər. Azərbaycanda keçirilən seçkilərin şəffaflığı müstəqil dövlətimizin inkişafına təsirini göstərir. Artıq keçirilən seçkilər zamanı əldə olunan nailiyyətlər və təcrübə bizə bu fikirləri söyləməyə əsas verir. Artıq parlament seçkilərinin təbliğağ-təşviqat kampaniyasına start verilib".

O, həmişə olduğu kimi, 9 fevral tarixində keçiriləcək parlament seçkilərində seçiciləri partiyanın namizədinə səs verməyə çağırdı.

Seçicilərdən Neva Abdurahmanova və Vahid Mehdixanov seçkilərdə partiyanın namizədi Azər Badamova səs verəcəklərini bildirdilər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə