Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırmalar aparılır

Təhsil Nazirliyi Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırmalar aparır. Bu barədə nazirlikdən bildirilib ki, görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək. Qeyd edək ki, sosial şəbəkələrdə Mətanət Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyib. Müəllim isə imkanının olmadığını söyləyib.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə