Məktəblərin 2 həftə gec başlaması SƏN DEMƏ... - TƏHSİL EKSPERTİ AÇIQLADI
"Məktəblərin 2 həftə gec başlaması ilə bağlı qərarın qəbul edilməsi gözlənilən idi. Çünki, dayanıqlı təhsilə Təhsil Nazirliyinin mövqeyi həmişə pozitiv olub. Nazirin də açıqlamalarının birində qeyd etdiyi kimi “Pandemiya dövründə insan inkişafını dondura bilmərik. Ona görə də təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin”. Bu sözləri SİA-ya açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, əsas odur ki, uzun sürən intizara son qoyuldu, çoxlarını maraqlandıran suallara aydınlıq gətirildi: "Ən başlıcası isə böyük əksəriyyətin arzu və istəyinə uyğun olaraq tədrisin ənənəvi formada başlanmasına kollegial qərar verildi. Hesab edirəm ki, bu qərar bu gün üçün ən optimal variantdır. O ki, qaldı tədrisə başlanmasına niyə sentyabrın 15-i deyil, məhz 22-si və 29-na qərar verilməsinə, bu, sözü gedən məsələyə mərhələli keçidin təmin edilməsi ilə bağlı məsələdir. Bir də ki, tədrisin bir-iki həftə geriyə çəkilməsi, müddət baxımından elə də bir mahiyyət daşımır, lakin bu ertələnmənin proseslərin gedişatını izləmək, müvafiq təhlillər aparmaq və növbəti qərarlar qəbul etməyə hazırlıq baxımından böyük mənası və əhəmiyyəti var".
Ekspert sözlərinə belə davam edib: "Ənənəvi tədrisə başlanılması, heç də əyani təhsilin bütün il boyu davamlı və dayanıqlı olacağı barədə kimlərdəsə arxayınçılıq yaranmasına əsas vermir. Hər şey mətbuat konfransında da xüsusi olaraq vurğulandığı kimi vaksinasiyadan, təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara və digər təhlükəsizlik normalarına necə riayət olunmasından asılı olacaq. Yoluxmanın səviyəsinə müvafiq olaraq lokal yanaşma tətbiq oluna bilər, ayrı-ayrı siniflərin distant təhsilə cəlb olunması, ayrı-ayrı məktəblərin müvəqqəti qapanması da istisna olunmur. Bu kimi halların qarşısının alınması üçün, orta ümumtəhsil məktəblərində müəyyən məhdudiyyətlər, ali məktəblərdə müəyyən limit tətbiq edilməsi nəzərdə tutulur. Yəqin ki, yaxın vaxtlarda ictimailəşəcək “Qaydalar”da bütün bu məqamlar öz əksini tapacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB