UNEC-in ianə yardımı 190 min manatadək artıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə yardımını davam etdirir. Universitetdən SİA-ya bildirilib ki, hazırda UNEC tərəfindən Fonda həm hüquqi, həm də fiziki şəxslərdən ümumilikdə 184 min 628 manat vəsait ödənilib.

Bu vəsaitin 31 min 628 manatı UNEC əməkdaşları tərəfindən fiziki şəxs olaraq ödənilib. UNEC hüquqi şəxs olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat ianə edib. Eləcə də UNEC Müəllim Həmkarlar İttifaqı 2000 manat, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi isə fonda 1000 manat ödəyib.

UNEC-də əməkdaşlar tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə yardımı davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...