Xaricdə ödənişsiz və təqaüdlü təhsil ARAŞDIRMA

Xaricdə ödənişsiz və təqaüdlü təhsil ARAŞDIRMA

Hər bir tələbə xaricdə təhsil almaq, dünya görüşünü və elmi təcrübəsini artırmaq, həmçinin yeni imkanlar qazanmaq istəyir. Bunun üçün ödnişsiz şərtlərlə fəaliyyət göstərən təqaüd və tələbə mübadilə proqramları mövcuddur. SİA həmin tələbə mübadilə proqramları və təqaüd proqramlarından sizə məlumat verir. Azərbaycanda bir çox universitet tələbə mübadilə proqramlarına qoşulub. Tələbə mübadilə proqramlarının üstünlüyü ondan ibarətdir ki, tələbə mübadilə proqramlarının köməyi ilə bu proqramlara qoşulan universitetlər arasında müəllim, tələbə və akademik heyətin mübadiləsi mümkün olur. Məsələn, Bakı Dövlət Universitetinin qoşulduğu tələbə mübadiləsi proqramlarına nəzər salaq.

Universitet 2013-cü ildən etibarən, Mevlana Mübadilə Proqramına qoşulub. Proqram çərçivəsində Bakı Dövlət Universiteti Türkiyənin bir çox nüfuzlu universitetləri ilə protokol bağlayıb. Bu proqramla yanaşı Azərbaycan tələbələrinin ən çox müraciət etdiyi tələbə mübadilə proqramı “Erasmus +” və “Non-Erasmus” proqramları da var.

“Erasmus +” Avropanın nüfuzlu ali təhsil müəəsiələrində təqaüdlü təhsil almaq imkanı verir. Ən əsası isə tələbənin bir sıra təlabatları da qarşılanmış olur.

“Non-Erasmus” proqramının “Erasmus+” proqramından fərqləndirən cəhətlər olsa da prinsip etibarilə bu proqram da eyni məqsədi daşıyır. Bu proqram vasitəsilə təhsilini davam etdirmək istəyən tələbə yol və yaşayış xərclərini özü qarşılamalıdır.

“Erasmus+” daxilində “Erasmus Mundus” və “Erasmus Tempus” təqaüd proqramları da mövcuddur. “Erasmus Mundus” proqramı magistratura və doktorantura pilləsi üzrə təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulub. “Erasmus Tempus” isə Avropa Şurası tərəfindən maliyyələşdirilir. Proqramın əhatə dairəsinə Qərbi Balkanlar, Şərqi Avropa, Mərkəzi Asiya, Şilmali Afrika və Orta Şərqdə 27 ölkə daxildir.

İndi isə taqaüd proqramları haqda məlumat verək. Bu proqramlar tələbəyə xarici ölkədə ödənişsiz şərtlərlə təhsil almağa imkan yaradır. Dünyanın bir çox universiteti digər ölkələrlərdən olan universitetlərdən olan tələbələrinə ödənişsiz şərtlərlə təhsil almaq, akademik savadını artırmaq və təqaüd almaq imkanı verir. Universitetlərin irəli sürdüyü şərtlər və təqaüdün miqdarı da fərqlidir. Bir çox universitetlər IELTS, TEOFL və SAT kimi beynəlxalq sertifikatlara malik tələbələrə üstünlük verir.

Türkiyədə təhsil almaq istəyən tələbələr üçün Türkiyə Bursları inanılmaz imkanlar təqdim edir. Britaniya Xarici və Krallıq İşləri İdarəsinin maliyyələşdirdiyi “Chevening” təqaüd proqramı dünyanın 150-dən çox ölkəsində tətbiq olunur. “Chevening” təqaüd proqramına namizədlər İngiltərə səfirliyi və Britaniya Şurası tərəfindən seçilir.

Təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirmək istəyən tələbələr üçün isə “Foreign Fulbright” təqaüd proqramı tələbələrə təqaüdlü və tam ödənişsiz təhsil imkanı verir. Almaniyada təqaüdlü şərtlərlə təhsil almaq istəyən tələbələr isə DAAD proqramı vasitəsilə bunu həyata keçirə bilərlər.

Qeyd edək ki, bəzi universitetlərin özünün də tələbələrə təklif etdiyi təqaüd proqramları mövcuddur. Bu proqramlarla həmin universitetin rəsmi saytlarında baş vurmaq üçün məlumatlara yer verilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə