“2010/2011-ci tədris ilində ibtidai siniflərdə yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti: nailiyyətlər, problemlər, perspektivlər”
Xəzər rayonunda "2010/2011-ci tədris ilində ibtidai siniflərdə yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti: nailiyyətlər, problemlər, perspektivlər" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransı giriş sözü ilə 156 saylı məktəbin direktoru Elmira Cabbarova açaraq fənn kurikulumlarının tətbiqi ilə bağlı görülən işlər haqqında məlumat verib. Sonra 156 №-li məktəbin ibtidai sinif müəllimləri Sevil Haşımova, Elnarə Məmmədova, 124 №-li məktəbin ibtidai sinif müəllimi Çimnaz Əliyeva, 120 №-li məktəbin ibtidai sinif müəllimi Şəlalə Cavadova, 136 №-li məktəbin direktor müavini Yusuf Mustafayev və ibtidai sinif müəllimi Səbinə Yusifova hazırladıqları təqdimatlar əsasında fənn kurikulumlarının tətbiqi ilə bağlı öz iş təcrübələri haqqında məruzə ediblər.
Konfransda Kurikulum Mərkəzinin koordinatoru İlham Cavadov, "Kurikulum" jurnalının redaktor müavini Sahib Mənsimov, İbtidai təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova, böyük elmi işçilər Məlahət Əliyeva, Eteri Bəkirova, Kəmalə Haqverdiyeva, Sabunçu-Xəzər rayonları üzrə metodik bölmənin müdiri Alı Məmmədov və həmin rayonların ibtidai təlim üzrə metodisti Böyükbacı Abbasova, Xəzər rayonunun orta məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, ibtidai sinif müəllimləri iştirak edibər. Sonda konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırılıb, perspektivlərlə bağlı məlumatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB