Müəllimlər üçün “Yay məktəbi”

Müəllimlər üçün “Yay məktəbi”

Müəllimlər üçün təşkil olunan “Yay məktəbi” davam edir. SİA-nın xəbərinə görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən reallaşdırılan proqramın əsas məqsədi müəllimlərin peşə səriştəsini qeyri-formal təhsil formasında artırmaqdan ibarətdir.

“Yay məktəbi”ndə müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv şagirdlərlə işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, dərsin planlaşdırılması, sinfin idarəedilməsi və digər mövzularda nəzəri, praktik biliklər qazanırlar.

“Yay məktəbi” iyulun 7-də başa çatacaq. Sonda bütün iştirakçılara müvafiq sertifikatlar veriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə