Markerlər üçün kurslar açılacaq SƏS TV

Markerlər üçün kurslar açılacaq SƏS TV

"Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ilin yanvar ayından başlayaraq markerlər (inşaların, açıq test tapşırıqları yoxlanması ilə bağlı mütəxəssislər) üçün kurslar açacaq". SİA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə məlumat verib.

Hazırda DİM-də Azərbaycan dili və riyaziyyat fənləri üzrə ayrı ayrılıqda 500 markerin çalılşdığını dilə gətirən M. Abbaszadə qeyd edib ki, onların sayını artırmaq üçün təlim kurslarından keçən və müvafiq qiymət alan müəllimlərlə əməkdaşlıq ediləcək: "Hazırda bizlə çalışan markerlə yalnız Azərbaycan dili və riyaziyyat üzrədir. Lakin yaxın 2 il ərzində bizə bütün fənlərdən markerlər lazım olacaq. Çünki, iki ildən sonra digər fənlər də buraxılış imtahanlarına salınacaq".

IX sinif şagirdlərinin yalnız online şəkildə aparılacağınıqeyd edən M. Abbaszadə bildirib ki, bütün ölkədə sınaq imtahanlarının yazılı keçirilməsi vəsait tələb etdiyi üçün imtahanların online keçirilməsi məqsəduyğun hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə