ADU-nun rektoru Avropa Birliyinin Tempus üzrə rəhbərini qəbul edib
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov sentyabrın 25-27-də Azərbaycan Dillər Universitetində ADU-nun koordinatorluğu ilə Avropa Birliyinin Tempus proqramının Tempus Ritsa layihəsinin "Tempus Azərbaycanda yazılı və şifahi tərcümə tədqiqatlarında islahatlar" mövzusunda yekun konfransında iştirak etmək üçün Azərbaycanda olan Avropa Birliyinin Tempus üzrə rəhbəri Klaus Hauptu qəbul edib. SİA-ya verilən məlumata görə, Avropa Birliyinin Tempus üzrə rəhbəri Klaus Haupt Azərbaycanda ilk dəfə olduğunu deyib. O, konfrans haqqında fikirlərini bölüşüb və açılış mərasimindən məmnun qaldığını bildirib. Cənab Klaus Haupt yeni Tempus layihələrinin həyata keçiriləcəyinə və ADU-nun yeni layihələrdə iştirakına ümid etdiyini bildirib.
Rektor Səməd Seyidov bu layihənin bir hissəsi olmağın, Tempus üzrə layihədə iştirak etməyin və layihəni idarə etməyin böyük bir məsuliyyət olmaqla yanaşı, həm də universitet üçün faydalı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB