"Hazırda Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır"
"Son illər Azərbaycanda təhsil sahəsinə ayrılan vəsait artır. Bu vəsaitlər həm maddi texniki bazanın gücləndirilməsinə, həm də təhsil sahəsində çalışan insanların gəlir səviyyəsinin artırılmasına yönəldilir. Bu məqsədlə atılan addımlardan biri "2007-2015-cil illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının yaradılmasıdır. Bu proqram çərçivəsində istedadlı Azərbaycan gəncləri dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alaraq ölkəmizin davamlı inkişafına öz töhfələrini verirlər". SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, təhsilin dövlətçiliyin, milli iqtisadiyyat və təhlükəsizliyin təminatında oynadığı rol inkar edilməzdir: "Məhz bu səbəbdən təhsil sistemi üzərinə böyük məsuliyyət düşür. Təhsil sistemi bacardığı səviyyədə deyil, tələb olunan səviyyədə mütəxəssislər hazırlamalıdır. Tədris proqramlarının hazırlanmasında tədris nəticələri əsas meyar kimi götürülməlidir".
Nazir vurğulayıb ki, hazırda Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır, qadınlara təhsil sahəsində heç bir məhdudiyyət və ya ayrıseçkilik mövcud deyil. Hesab edirik ki, Azərbaycanın təhsil sahəsində inkişaf strategiyası tarixi və kontekstual mühitə uyğun olaraq biçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB