141 166 nəfər birinci sinfə gedəcək

141 166 nəfər birinci sinfə gedəcək

Təhsil Nazirliyi bu il birinci sinfə gedəcək şagirdlərin sayını açıqlayıb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata əsasən, 2013-2014-cü tədris ilində ümumi təhsil məktəblərində I sinfə gedəcək şagirdlərin gözlənilən sayı 141 166 nəfərdir. Onlardan 74 998 nəfəri oğlan, 66 168 nəfəri qızdır.

2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135 541 nəfər olub (73 182 oğlan, 62 359 qız).

Bütün xəbərlər Facebook səhifəmizdə