Böyük Britaniya nümayəndə heyəti ADU-da

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Böyük Britaniya Xarici işlər Nazirliyinin Şərq araşdırmalar qrupunun və Cənubi Qafqaz üzrə rəhbəri Alan Partfitt və Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Beytmanı qəbul edib. ADU-dan SİA-ya verilən xəbərə görə, qonaqları salamlayan rektor, onları ADU-da görməkdən məmnun olduğunu bildirdi. Parlamentlərarası əlaqələrə toxunan S.Seyidov Böyük Britaniya ilə birbaşa və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrdən və ikitərəfli əməkdaşlıqdan danışıb.


Səməd Seyidov rektoru olduğu universitet haqqında qonaqlara məlumat verərək 5000 tələbənin təhsil aldığını onların diqqətinə çatdırıb. O, ADU-nun Böyük Britaniyanın bir sıra aparıcı təhsil ocaqları, o cümlədən Esseks, İpsviç, Qlazqo universitetləri ilə əlaqələr qurduğunu qeyd edib. Rektor həmçinin rəhbərlik etdiyi ali məktəbin British Council ilə əməkdaşlığından söz açıb.


Qonaqlar səmimi qəbula görə rektor Səməd Seyidova təşəkkür edib. Görüşdə tərəflər ikitərəfli əlaqələr və əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə, həmçinin bir sıra beynəlxalq və regional məsələlər haqda fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...