Ağdamda bir necə xəstəxananın acılışı olub

Ağdamda bir necə xəstəxananın acılışı olub

Ağdamda dövlət vəsaiti hesabına tikilən doğum evi, uşaq xəstəxanası və təcilli tibbi yardım binalarının acılışı olub.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun işğalından sonra uzun illər yarımçıq binalarda fəaliyyət göstərən xəstəxanalarda sakinlərə istənilən səviyyədə tibbi xidmət göstərmək çətinlik yaradırdı. Dövlət başcısı İlham Əliyevin sərancamına əsasən inşasına başlanan doğum evi , uşaq xəstəxanası və təcilli tibbi yardım bölgədə səhiyyənin inkişafına müsbət təsir göstərəcək.

Hər üç xəstəxana ən müasir avadanlıqla təchiz olunub. Burada operativ və yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait yaradılıb. Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılıb. Xəstəxanada əməliyyat, müayinə və müalicə otaqları fəaliyyət göstərir.


Qeyd edək ki, təcili tibbi yardım şöbəsi də hər cür avadanlıqla təmin edilib. Burada xəstələrə operativ qaydada yardım göstərilməsi üçün zəruri şərait yaradılıb.

Şamxal Adıgözəlov



Bütün xəbərlər Facebook səhifəmizdə