Peşə seçiminə dair yeni layihə təqdim olundu

Təhsil Nazirliyində "Peşə seçiminə dəstək sistemi" (PSDS) layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri və layihəni təqdim edən Türkiyə Respublikasının \"Kavrakoğlu\" şirkətinin nümayəndələri-şirkətin təsisçisi Füsun Kavrakoğlu, vitse-prezidenti Asuman Kuzuoğlu, icraçı direktorları Dilek Bağdatıoğlu, Zeki Gün və digər qonaqlar iştirak ediblər.

Asuman Kuzuoğlunun "Peşə seçiminə dəstək sistemi" layihəsi haqqında təqdimatı-məruzəsi dinlənilib.Layihənin əsas məqsədlərindən söz açan A.Kuzuoğlu bildirib ki, PSDS ibtidai və orta məktəb şagirdlərinə peşə seçimlərində dəstək vermək üçün nəzərdə tutulub.

Təhsil naziri Misir Mərdanov"Peşə seçiminə dəstək sistemi" layihəsinin əhəmiyyətindən söz açaraq PSDS-in mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasının, bu məqsədlə müxtəlif maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Sonda Asuman Kuzuoğlunun "Təhsildə texnoloji dəyişiklik" mövzusunda təqdimatı da dinlənilib və bütün təhsil pillələri üzrə distant təhsilin təşkili imkanları, bu baxımdan İKT-nin imkanlarından istifadə məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə