Saxta “Abituriyent”lə bağlı tədbirlər görülür

Saxta “Abituriyent”lə bağlı tədbirlər görülür

Saxta jurnallarla bağlı müraciətlər Tələbə Qəbulu üzrə Dövlət Komisisyası vaxtaşırı hüquq-mühafizə orqanlarına müraciət edir. SİA-nın xəbərinə görə, bu barədə TQDK-nın "Abituriyent" jurnalının baş redaktoru Arzu Əliyev məlumat verib. O bildirib ki, bunların nəticəsində müəyyən tədbirlər görülür. "Abituriyent" jurnalının redaksiyası tərəfindən də müəyyən reydlər aparıldığını deyən baş redaktor vurğulayıb ki, bu problemlə daima mübarizə aparılır.

"Bunların da müəyyən nəticələri olur və saxta jurnalların qarşısı alınır. Saxta jurnallar 1-5-10 nüsxə hazırlanır ki, bu da kütləvi hal almayıb. Nəsə böyük bir aksiya, kütləvi tədbir keçirilsə, kiçik hallara qarşı bunların qarşısını ala bilirik. Nəticələr bizim iştirakımızla saxta materiallar satış mərkəzlərindən götürülüb və məhv edilib. Məsələnin hüquqi tərəfini isə deyə bilmərəm", - deyə o əlavə edib.

A.Əliyev qeyd edib ki, "Abituriyent" jurnalının ekspertləri, mütəxəssisləri tərəfindən fənlər üzrə test kitabları, yeni təkmilləşdirilmiş nəşrlər hazırlanır. Burada açıq testlərin öz əksini tapdığını deyən baş redaktor söyləyib ki, yaxın günlərdə yeni nəşrlərin təqdimatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə