Azərbaycan müəllimləri rəsmi elektorn poçt ünvanları ilə təchiz olunacaq
Təhsil Nazirliyi, Microsoft Azərbaycan şirkətinin və \"Mədəd\" Azərbaycan təşkilatının birgə layihəsi çərçivəsində "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"çərçivəsində Azərbaycan müəllimləri rəsmi elektorn poçt ünvanları ilə təchiz olunacaqdır. Microsoft Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəllimlərin poçt ünvanları teacher.edu.az domen adı altında açılacaqdır. Elektron poçt ünvanları Microsoft Live@Edu texnoloji platformasının bazasında işləyəcəkdir. İlkin mərhələdə Microsoft korporasiyasının "Təhsildə Əməkdaşlıq" proqramı çərçivəsində \"Mədəd\" Azərbaycan təşkilatı ilə birlikdə "Elektron Məktəb" pilot layihəsinə qoşulmuş məktəblərin müəllimləri üçün Live@Edu platforması bazasında elektron poçtların istifadəsi üzrə xüsusi təlimlər keçiləcəkdir. Sonrakı mərhələdə dövlət proqramı çərçivəsində müəllimlər və inzibati işçilər üçün \"Mədəd\" Azərbaycan təşkilatı tərəfindən keçirilən təlimlərdə iştirak edənlər də rəsmi elektorn poçt ünvanı alacaqlar. [email protected] kimi elektron poçt ünvanlarının olması müxtəlif səviyyələrdə kommunikasiyalar üçün yeni imkanlar yaradacaqdır. Elektron poçt vasitəsilə müəllimlər öz aralarında əlaqələri daha da genişləndirəcəklər. Vahid elektorn poçt ünvanları reyestrinin olması məktəblər, rayon təhsil şöbələri, Təhsil nazirliyi səviyyəsində məlumatlandırmanın sistemli və mərkəzləşdirilmiş qaydada həyata keçirməyə imkan verəcəkdir. Microsoft Live@Edu xidməti çərçivəsində Azərbaycan müəllimləri həmçinin fərdi elektron təqvim, şəbəkələşmə, ani ismarıc, 25Gb İnternet sahə və Microsoft Office proqramlar dəstinin online versiyalarını əldə edəcəklər. Burada müəllimlər həm birin-birə həm qrup şəklində əməkdaşlıq qura biləcək, iri həcmli fayllarla bölüşmək və fayllar üzərində müştərək işləmək imkanı alacaqlar. Son nəticədə bütün müəllimlərin fərdiləşdirici elektron ünvanı olması Azərbaycan təhsil sistemində korporativ münasibətlərin formalaşdırılmana şərait yaradacaq. Məktəblər öz pedaqoji kollektivləri üçün rəsmi elektron ünvan almaq üçün
[email protected] ünvanına müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB