Əmək bazarı insanlardan daha çox nə tələb edir? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"İşə qəbul zamanı bakalvr diplomlarının yetərli olması və ya magistr diplomunun zəruriliyi ilə bağlı bir şərt yoxdur. Təbii ki, magistr təhsili bakalvrdan sonrakı təhsil pilləsi sayılır və ondan bir pillə yüksək hesab olunur. Magistr həm təhsil, həm də ali təhsilin tamamlanmış pilləsidir. Bu baxımdan magistraturaya qəbul olunan tələbələr əslində bakalavrı bitirmiş tələbələrdən bilik və bacarıqlarına görə fərqlənirlər. Çünki onların əlavə olaraq iki il daha ali təhsil müəssisələrində təhsil almları təsadüfi deyil. Bu müddət ərzində bilik və bacarıqlarını daha da artırmış olurlar". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, ölkədə hər bakalavrı bitirən magistrdə təhsil ala bilməz: "Magistraturaya qəbul olan tələbələr adətən bakalavrı əla nəticə ilə bitirənlər olur.

İşə qəbul zamanı söhbət dövlət qulluğundan gedirsə, burada təbii ki, bilik və bacarıqları daha çox olan şəxslər müvəffəqiyyət qazanırlar. Eyni zamanda müsahibə mərhələsində də əlavə bilik və bacarıqlara ehtiyac duyulur. Bu prosesdə isə magistrdə təhsil alan gənclərin uğur qazanma ehtimalı daha çoxdur. Təbii ki, seçim arasında qaldıqda mütləq şəkildə magistrın qazanacağı ilə bağlı fikir söyləmək də düzgün deyil. Çünki bu zaman bilik və bacarığı daha çox olana üstünlük veriləcəkdir. Eyni zamanda burada fərdin bildiklərini daha yaxşı nümayiş etdirə bilməsi də mühüm rol oynayır. Əmək bazarı insanların daha çox bilik və bacarıqlara sahib olmasını tələb edir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə