Paytaxt üzrə 1 502 şagird fənn olimpiadalarının yarımfinal turunda
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 502 şagirdi olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb. SİA xəbər verir ki, onlardan 376 nəfər Azərbaycan dili və ədəbiyyatı, 83 nəfər biologiya, 97 nəfər coğrafiya, 117 nəfər fizika, 85 nəfər informatika, 130 nəfər kimya, 457 nəfər riyaziyyat, 157 nəfər isə tarix fənni üzrə uğurlu nəticə əldə edib.
İştirakçılar müsabiqənin şəhər mərhələsinin nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetlərindən və ya təhsil aldıqları ümumi təhsil müəssisələrindən əldə edə bilərlər.
Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 1-15 fevral 2023-cü il tarixlərində www.portal.edu.azsaytı vasitəsilə həyata keçiriləcək.
Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB