"Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsəridir” -DEPUTAT DANIŞDI
“Bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qarşısındayıq və 2023-cü il cənab Prezident tərəfindən "Heydər Əliyev ili" olaraq elan edilib. Ümummilli Lider Heydər Əliyev dühasına, onun Azərbaycan üçün gördüyü işlərə görə hər birimiz ona minnətdarıq və onun ruhu qarşısında hər zaman ehtiramla baş əyirik. Ulu Öndərin Azərbaycanda cəmiyyət üçün əhəmiyyətli olan bütün sahələr üzrə həyata keçirdiyi inqilabi dəyişikliklər, böyük islahatlar bu günümüzə və gələcəyimizə hesablanmış addımlar olub. Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsəridir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.
Onun sözlərinə görə, biz gələcəyimizi də Ulu Öndərin ideyalarına istinadən qururuq: “Bu günlərdə cənab Prezidentin yerli media nümayəndələrinə verdiyi müsahibə zamanı da bunun bir daha şahidi olduq.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı üçün gördüyü işlər əvəzsizdir. Azərbaycan təhsilinin həm milli ənənələrə əsaslanaraq, həm də dünya təhsil sisteminə inteqrasiya etməsində Ulu Öndər Heydər Əliyevin qətiyyəti və nüfuzu çox əhəmiyyətli və önəmli rol oynayıb. Ümummilli Lider Heydər Əliyev sadəcə öz dövrü ilə yaşamırdı, o bütün dövrlərdə, Azərbaycana rəhbərlik etdiyi zamanlarda həyata keçirdiyi bütün fəaliyyəti ölkəsinin, xalqının gələcəyinə hesablanmış addımlar olub.
Ölkədə təhsil nə qədər güclü olarsa, ökənin digər sahələri də eyni dərəcədə inkişaf etmiş, güclənmiş olar. Ulu Öndər Heydər Əliyev də təhsilin bu baxımdan nə qədər əhəmiyyətli olduğunu bildiyi üçün hər zaman Azərbaycan təhsilinin inkişafına öz fəaliyyətində xüsusi yer vermişdir. Ulu Öndər Azərbaycan təhsilini dünyaya inteqrasiya etdirərək daha da inkişaf etdirmiş, daha qlobal və dünyəvi təhsil sistemini yaratmış oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB