"Yanğın zamanı 3 ev və 10 təsərrüfata qismən ziyan dəyib" - FİRDOVSİ ƏLİYEV

"Yanğın zamanı 3 ev və 10 təsərrüfata qismən ziyan dəyib" - FİRDOVSİ ƏLİYEV

"Yanğın zamanı 3 ev və 10 təsərrüfata qismən ziyan dəyib". SİA xəbər verir ki, bu fikirləri 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
O bildirib ki, hazırda bu prosesdə hesablamalar aparılır: “Hesablamalardan sonra vətəndaşlara dəymiş ziyan tam müəyyənləşəcək və dəymiş ziyan ödəniləcək”.

"Yanğının ən təhlükəlisi Şabran ərazisində yaranmışdı. Orada neft quyuları var və təhlükə o ərazilərdə daha çox idi. Biz Dövlət Neft Şirkəti ilə birlikdə bu təhlükənin qarşısını ala bildik",-nazir müavini deyib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə