Rusiya-Ukrayna müharibəsinin qonşu dövlətlərə təsiri nədən ibarətdir? - DEPUTAT AÇIQLADI
"Rusiya-Ukrayna müharibəsi haqqında danışarkən onun təkcə qonşu dövlətlərə deyil, bütün dünya iqtisadiyyatına zərəri olduğunu qeyd etmək lazımdır. Beynəlxalq valyuta fondunun hesablamalarına görə, ilin sonuna qədər bütün planet üzrə daxili məhsulun ən yaxşı halda təxminən 1%-ə qədər geriləməsi nəzərdə tutulur. Avropada inflyasiya 3,5% ilə kifayətlənmir. Baş Nazir də bunu qeyd etdi ki, Azərbaycanda xüsusi proqram var və bu proqramla dövlət fəsadların azaldılmasını təmin edəcək. Bu fəsadlar bizə təsir etsə belə, bu qismən olacaq. Bunun üçün öz strateji rezervlərimizi hazırlamışıq. Qorxu o ölkələr üçündür ki, onlarda iqtisadi imkanlar yoxdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Avropada getdikcə inflyasiya prosesinin sürətləndiyini nəzərə alaraq 5,2 %-ə qədər qalxacağı proqnozlaşdırılır: "Hansı ölkələrin taxıl və digər qida məhsullarından asılılığı varsa, onların hər birinin problemləri yaranır. Çünki Ukrayna və Rusiyanın dünya taxıl bazarında birgə payı 30%-ə qədər, bəlkə də daha çoxdur. Müharibə ət, süd, yağ kimi başqa növ qida məhsullarına da təsir göstərəcək".
Deputat sözlərinə belə davam edib: "Belarusiya sanksiyalara məruz qaldığına görə nəqliyyat və logistik problemlər də özünü göstərir. Rusiyanın qərbə çıxışı yalnız Çin ya da Azərbaycanın şimalı vasitəsilə ola bilər. Bu baxımdan şimal-cənub dəmiryolunda istifadə artacaq. Bütün bunlar da nəqliyyatda qiymət artımına səbəb olacaq. Müharibənin təsiri ilə Amerikada, həmçinin Avropada yanacağın qiyməti artıb. Təbii ki, Azərbaycanda da müharibənin fəsadlarının qismən təsiri gözlənilir. Baş nazir dünənki çıxışında Azərbaycanın öz siyasətini həyata keçirdiyini, bu təsirlərə hazır olduğunu bildiri.
Lakin qeyd edim ki, Azərbaycan hökuməti öz funksiyalarını tam yerinə yetirir və yetirəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB