Çörəyin qiyməti 1 manat olacaq? -DİQQƏT! - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

"Ukrayna-Rusiya savaşı həm regionda, həm də Qarabağ Dünya bazarında buğdanın qiymətinin artmasına səbəb olub. Azərbaycanda cənab Prezident tərəfindən müharibədən öncə strateji məhsulların ehtiyatlarının artırılması ilə bağlı xüsusi göstəriş verilib. Azərbaycan praktik olaraq xarici faktorlardan yaranan təsirlərə qarşı əvvəlcədən tədbirlər görməyə çalışan ölkədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, buğdanın qiymətinin artırılması məsələsində alternativ olaraq yerli istehsalın genişləndirilməsi və ehtiyatların artırılması istiqamətində işlər aparılır: "Bu baxımdan, mövcud ehtiyatlarımız təsirləri minimumlaşdırmağa imkan verir. Amma dünya bazarında buğdanın qiymətində artımın davam edəcəyi mövzusu proqnozlaşdırılır".

Deputat sözlərinə belə davam edib: "Təbii ki, bu vəziyyət idxalçı ölkələrin bazarlarına təsir edəcək. Azərbaycan buğdaya olan tələbin 60%-ni yerli istehsal hesabına ödədiyi halda, 40%-ni idxal edir. Lakin bütün hallarda Azərbaycan hökuməti mövcud iqtisadi siyasətlə xarici faktorların, o cümlədən dünya bazarındakı qiymət artımlarının ölkənin istehlak bazarına təsirlərini zəiflətməyə çalışır. Bu istiqamətdə işlər növbəti dövrlərdə də davam edəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə