ABŞ OPEK-i hasilatı artırmağa çağıracaq

ABŞ OPEK-i hasilatı artırmağa çağıracaq

ABŞ administrasiyası strateji neft ehtiyatından istifadə edib-etməməsindən asılı olmayaraq, OPEK-i hasilatı artırmağa çağıracaq.

SİA Trend-ə istinadən bu barədə Ağ Evin nümayəndəsi Cen Psaki brifinq zamanı bildirib.

O qeyd edib: "İstənilən halda biz OPEK-dən neft tədarükünün tələbatı ödəməsini təmin etməyini tələb edəcəyik".

C.Psaki xatırladıb ki, ABŞ uzun müddətdir aparıcı neft ixracatçıları ilə belə danışıqlar aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə