ABŞ-ın avtomobil sənayesi hərəkətə keçib

ABŞ-ın avtomobil sənayesi hərəkətə keçib

İllərdir, avtomobil sənayesində Yaponiyanın kölgəsində yatan ABŞ hərəkətə keçib. SİA-nın məlumatına görə, benzinin bahalaşdığı, daha yığcam və qənaətcil nəqliyyat vasitələrinə tələbin artıdığı bir dövrdə yığcam maşınların istehsalı da labüd olmağa başlayır. Bu həm də, bir çox iri maşın istehsalçısı olan iri şirkətlərin də çıxış yolu olub. Belə ki, daha yığcam maşınların istehsalı az resurs tələb etdiyi kimi, az əmək qüvvəsi də tələb edir. Bununla da şirkətlər bəzi işçiləri ixtisara salır. "General Motors" və "Ford" kimi şirkətlər də bu qəbilədən olan fəaliyyət sisteminə keçib. Yəni yığcam maşın, çox qazanc.

Belə ki, bu vaxtacan maşın bazarında passivliyi ilə seçilən ABŞ bu sahədə müəyyən mənada irəliləyiş əldə edib. "General Motors"-un "Chevrolet Cruze" modeli, "Ford"-un "Fiesta" modeli ən çox satılan modellər arasında göstərilir. Belə ki, son zamanlar dünya bazarında satılan maşınların 27% ABŞ istehsalı olan maşınlardır ki, bu da keçən ilki göstəricilərlə müqayisədə 7% artım deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə