AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını həftədə 21 reysədək artırır. SİA xəbər verir ki, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı artıq növbəlilik prinsipi əsasında həyata keçiriləcək.

Növbəyə iki usulla yazılmaq mümkündür - geriyə əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə:

Bakıdan Naxçıvana uçuşlar üçün:

https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000853919

WhatsApp: +99455 204 65 54.

Naxçıvandan Bakıya uçuşlar üçün:

https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000886220

WhatsApp: +99460 487 30 11

Bütün xəbərlər Facebook səhifəmizdə