Dünya iqtisadi reytinqlərində Azərbaycan - ARAŞDIRMA

Dünya iqtisadi reytinqlərində Azərbaycan - ARAŞDIRMA

Azərbaycanın Ümumi Daxili Məhsulunun 2019-cu ildə artım tempi 2,5 faizi təşkil edib. Bu "Trading Economics"-in 2020-ci ilin fevral ayına olan statistikasında öz əksini tapıb. Məlumata əsasən bu göstərici bir il öncəki nəticəyə nisbətən daha yüksəkdir.

SİA Azərbaycanın iqtisadi göstəricilərinin qlobal iqtisadi statistik məlumatlar dərc edən qurumların reytinq cədvəllərində əks olunan yerini araşdırıb. Belə ki, qlobal iqtisadi məlumatlar və statistik rəqəmlər yayımlayan "Focus Economics" ölkədəki iqtisadi artım tempinin 2020-ci ildə də sabit qalacağını proqnozlaşdırılır. Burada xüsusilə 2019-cu ilin üçüncü rübündə iqtisadi inkişafın sürətli artdığı qeyd olunub. Qeyri-neft və qaz sektorundan əlavə sahələrdə də sürətli inkişafın nəzərə çarpdığı qeyd olunub. Ölkədə sıx əmək bazarının olduğu və investorlar üçün əlverişli şəraitin yarandığı vurğulanıb.

"Focus Economics" ekspertlərinin proqnozlarına əsasən, 2021-ci ildə ölkədə Ümumi Daxili Məhsulun 2,7 faiz artması gözlənilir .

Qlobal iqtisadi reytinqlər hazırlayan "Statista" Azərbaycanın 1994-cü ildən 2024-cü ilə qədər olan ÜDM statistikasını yayınlayıb. Statistikada qrafik üzrə iqtisadi inkişaf tempi əks olunub.

Bu statistikada ölkənin Ümumi Daxili Məhsulunun 2014-cü ildən 2024-cü ilədək olan artım və azalma tempi faizlə ifatə olunub.

Bu statistika tablosunda isə 1994-cü ildən 2024-cü ilə qədər daxili gəlirin artma və azalma tempi ifadə olunub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə