"Toyota" şirkəti İngiltərədəki Bornaston fabrikində istehsalı dayandırmağı planlaşdırır

"Toyota" şirkəti İngiltərədəki Bornaston fabrikində istehsalı dayandırmağı planlaşdırır
"Toyota" İngiltərədə yerləşən Bornaston fabrikində Brexit sonrası fasilə verməyi planlaşdırır. SİA xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı İngiltərənin Avropa İttifaqını müqaviləsiz tərk etməsi ilə əlaqədar Bornastondakı fabrikində istehsalı dayandırmağı planlaşdırdığını açıqlayıb. Fasilənin nə qədər çəkəcəyi tam açıqlanmayıb. Avtomobil istehsalçısının Derbişayrdakı zavodunda isə işçilər noyabrın 1-də işləməyəcək və növbəti bazar ertəsi günü işə geri dönəcəklər. Böyük Britaniyanın ən böyük istehsalat birliyinin milli katibi Cud Brimbl son on ildə artıq yarım milyon işin itirildiyini və Brexit-in Böyük Britaniya istehsalı üçün avtomobil qəzası olacağını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə