Elmir Vəlizadə:“Elektron xidmətlər üzrə 20 Avropa standartından 11-i ölkədə tətbiq olunur”- AÇIQLAMA
Azərbaycanda "Elektron Hökumət" layihəsi çərçivəsində elektron xidmətlərin tətbiqi bu il genişləndiriləcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) "İKT Klubu"nun toplantısında məlumat verib.
O deyib ki, "Elektron Hökumət" layihəsinin əsas məqsədi dövlət qurumlarının elektron xidmətə keçidini tam təmin etməkdir ki, insanlar bu xidmətlərdən yararlana bilsin: "Artıq bir sıra dövlət qurumlarında elektron xidmətlərinin nümunələrini mövcuddur. Buna misal olaraq Vergilər Nazirliyini, Dövlət Gömrük Komitəsini və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını göstərmək olar".
Bu il ərzində elektron xidmətlərin tətbiqinin genişləndiriləcəyini dilə gətirən nazir müavini söyləyib ki, elektron xidmətlər üzrə 20 Avropa standartı var: "Bunun 12-si vətəndaşlara, 8-i özəl qurumlara aiddir. Bu standartların 11-i ölkədə tətbiq olunur və getdikcə onların sayı artırılacaq".
Daha sonra Azərbaycanın Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə də toxunan E. Vəlizadə bir sıra ölkələrin və beynəlxalq qurumların marağı getdikcə artır. O bildirib ki, layihə Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə təqdim edilib və 2009-cu ilin sonunda BMT-nin Baş Assambleyası tərəfindən dəstəklənib: "Ötən il layihənin icrası üçün xüsusi konsorsium yaradılıb, ilkin hazırlıq işləri və bir sıra ölkələrlə danışıqlar aparılıb. Hazırda layihənin icrası üçün müvafiq işlər görülür".
Rominq xidməti tariflərinin qiyməti məsələsinə toxunan nazirlik rəsmisi bildirib ki, Azərbaycanda mobil rabitə sahəsində rouminq xidmətlərinin tariflərinin aşağı salınması üçün müəyyən vaxta ehtiyac var. O qeyd edib ki, tariflər vacib amillərdən biridir və onlara mütəmadi olaraq baxılır. Onun sözlərinə görə, rabitə sahəsində müəyyən qiymətlər Tarif Şurası tərəfindən, bəziləri isə şirkətlər tərəfindən tənzimlənir.
"Avropada rouminq üçün sabit qiymətlər tətbiqi edilir. Bu, Azərbaycan üçün də aktual məsələdir. Nazirlik tərəfindən şirkətlərə müraciət olunub və bu məsələyə baxılır. Rouminq beynəlxalq məsələ olduğundan, bir qədər vaxta ehtiyac var. Bunun üçün müəyyən rentabellik olmalıdır. Güman edirik ki, Azərbaycanın ilk milli peykinin orbitə çıxarılmasından sonra xidmətlərin göstərilməsi üzrə qiymətlər aşağı düşəcək.
Daha sonra ölkədə genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə xüsusi proqram hazırlandığı haqqında da məlumat verən nazir müavini söyləyib ki, proqram çərçivəsində bir sıra tədbirlər görüləcək.
"Məqsəd ölkədə genişzolaqlı internet xidmətinin inkişafını təmin etməkdir. Hazırda dünyada bu proses gedir. Xidmətlərin inkişafı qiymətlərdə də öz əksini tapacaq".- deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB