Bankların yerli filiallarının sayı artır

Bankların yerli filiallarının sayı artır
Bank əməliyyatları aparmaq üçün 148 kredit təşkilatının lisenziyası qeydə alınıb. SİA-nın Mərkəzi Bankın saytına istinadən verdiyi məlumata görə, lisenziyası qeydə alınan kredit təşkilatlarının 101-i bank olmayan kredit təşkilatlarıdır. 1 oktyabr 2010-cu il tarixinə respublikada 47 bankın lisenziyası olub. Onlardan 1-i dövlət, 46-sı isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərib. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Fəaliyyətdə olan bankların yerli filiallarının sayı isə 646-ya bərabər olub. Bunların 38-i dövlət, 608-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 42-yə, bank şöbələrinin sayı isə 119-a bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı isə 8-ə bərabərdir. Bunlardan 5-i nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.

Bütün xəbərlər Facebook səhifəmizdə