“Star Electro” MMC-yə 1,3 min manat maliyyə sanksiyası tətbiq edilib
Məlumat verildiyi kimi, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə məsafədən satış xidmətləri göstərən "Star Electro" MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə "Star Electro" MMC-yə 1,3 min manat maliyyə sanksiyası tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB