Bu ilin yanvar-sentyabr aylarında 520-ə yaxın kiçik dövlət müəssisə və obyekti, habelə nəqliyyat vasitəsi özəlləşdirilib
Bu ilin oktyabrın 1-nə olan tarixə 11 minə yaxın dövlət təsisatı malik olduğu 125 min daşınmaz əmlakları barədə məlumatlar dövlət əmlakının Registrində qeydiyyata alınıb. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2010-cu ildə dövlət əmlakının registrinə 2300-ə yaxın müəssisə və təşkilatlardan daşınmaz dövlət əmlakı barəsində baş vermiş dəyişikliklər haqqında qeydiyyat vərəqələri daxil olmuş və məlumat bazasına işlənib.
2010-cu il 1 oktyabr tarixinə 17 mindən artıq torpaq sahəsi haqqında məlumatlar registrdə qeydiyyata alınıb. Bunlardan 6031-i fiziki və qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin, 5715-i isə özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələridir.
Bu ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə 71 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bunun 22 minə yaxını ilkin, 49 minə yaxını isə təkrar qeydiyyat təşkil edir. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 14355-i mini fərdi yaşayış və bağ evi, 28983-ü mənzil, 22720-i torpaq sahəsi, 2069-u qeyri-yaşayış binası, 1413-ü qeyri-yaşayış sahəsi, 408-i əmlak kompleksi, 571-i çoxillik əkmə, 11-i çoxmərtəbəli yaşayış binası təşkil edib. Bununla yanaşı hesabat müddətində 15441 ipoteka müqaviləsi, 347 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. 2010-cu ildə hüquqi və fiziki şəxslərə 48 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 26 min digər müxtəlif məzmunlu arayəşlar verilib, 50 min daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib. 2010-cu ilin yanvar-sentyabr aylarında 520-ə yaxın kiçik dövlət müəssisə və obyekti, habelə nəqliyyat vasitəsi özəlləşdirilib
Cari ildə üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərindən 30 mini (42,6 faizi), tərtib edilmiş texniki pasportlardan 22,6 mini (35,8 faizi), dövlət qeydiyyatına alınmış ipoteka müqavilələrindən 7 mini (50,1 faizi), dövlət reyestrindən hüquq sahiblərinə verilmiş məhdudiyyət arayışlarından 15,4 mini (32,6 faizi), əhaliyə xidmətlə bağlı arayışlardan 16 mini (61,3 faizi), tərtib edilən müayinə aktlarından 15,4 mini (30,7 faizi) Bakı şəhərinin payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB