Mərkəzi Bank “MasterCard” beynəlxalq kart təşkilatı ilə birgə növbəti seminar keçirib

Mərkəzi Bank “MasterCard” beynəlxalq kart təşkilatı ilə birgə növbəti seminar keçirib

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi məqsədilə "MasterCard" beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində "Kart bazarında fırıldaqçılıqla mübarizə" mövzusunda seminar keçirib.

SİA-nın məlumatına görə, seminarda "MasterCard"-ın risk servisləri üzrə biznes lideri Cem Kibaroğlu tərəfindən emitent və ekvayrinq fəaliyyətində fırıldaqçılığa qarşı mübarizənin təşkili, bu sahədəki beynəlxalq təcrübə və risklərin qarşısının alınması üçün zəruri tədbirlər, həmçinin elektron ticarətdə risklərin idarə edilməsi mövzusunda ətraflı məlumat verilib.

Seminarda Mərkəzi Bankın, dövlət qurumlarının və həmçinin ölkədə fəaliyyət göstərən bankların nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə