46 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib
Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu işlər hazırda da davam etdirilir. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şəki paylayıcı elektrik şəbəkəsində (PEŞ) cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 62 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Ötən ilin eyni dövründə isə analoji qayda pozuntusu faktı 34 ədəd olub. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 122,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 7,3 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həmin bu miqdarın 100,9 min kilovatsaatdan çoxu və ya 6,1 min manata yaxını məişət abonenti istehlakçılar qrupuna aiddir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 42 faizə yaxın hissəsinin ödənişi təmin edilib. O cümlədən, məişət abonenti istehlakçılar qrupunda bu göstərici 25 faizə yaxın olub. Cari ilin 8 ayı ərzində isə 389 qayda pozuntusu aktı tərtib olunub. Bunun da 324-ü məişət abonenti istehlakçılar qrupuna aiddir. Ötən ilin eyni dövründə isə qayda pozuntusu faktı 437 ədəd olub. Müvafiq qaydada hesabat aparılaraq 2,4 milyon kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 142,6 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həmin bu məbləğin 25 faizdən çox hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, məişət abonenti istehlakçılar qrupunda bu göstərici 20 faizdən artıq olub.
Qəbələ PEŞ-də isə 2010-cu ilin avqust ayında keçirilmiş reydlər zamanı 46 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Bundan da 4-ü məişət abonenti istehlakçılar qrupuna aiddir. Ötən ilin eyni dövründə isə analoji qayda pozuntusu faktı 14 ədəd olub. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 89 min kilovatsaatadan artıq itirilmiş elektrik enerjisinin 5,3 min manatdan çox istehlak dəyəri bərpa edilib. O cümlədən, məişət abonenti istehlakçılar qrupunda isə bu göstəricilər müvafiq olaraq 71,2 min kilovatsaatdan artıq və 4,3 min manata yaxın olub. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilib. Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə 167 qayda pozuntusu fakt aşkar olunub. Bundan 121-i məişət abonenti istehlakçılar qrupuna aiddir. Ötən ilin müvafiq dövründə isə qayda pozuntusu faktı 105 ədəd olub. Nəticədə 1 milyon 829,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 109,8 min manata yaxın istehlak dəyəri bərpa edilib. O cümlədən, məişət abonenti istehlakçılar qrupunda isə bu göstəricilər müvafiq olaraq 374,7 min kilovatsaata və 22,5 min manata yaxın olub. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 53 faizdən artıq hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB