“Bioloji müxtəliflik günü” qeyd edilib

“Bioloji müxtəliflik günü” qeyd edilib

Mayın 23-də SOCAR-ın Ekologiya İdarəsinin təşkilatçılığı ilə Ekoloji parkda "Bioloji müxtəliflik günü" qeyd olunub. SOCAR-dan SİA-ya verilən məlumata görə, tədbirdə 247 nömrəli tam orta məktəbin şagird və müəllimləri, həmçinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər. Tədbirdə "Azərbaycanın biomüxtəlifliyi" mövzusunda təqdimat olub, SOCAR-ın layihələrində biomüxtəlifliyin öyrənilməsi və mühafizəsi sahəsində görülən tədbirlər barədə məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Tədbir zamanı məktəblilərin hazırladıqları eko-kompozisiya nümayiş etdirilib, onlar üçün "Eko-park Ekoloji Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin ərazisinə ekskursiya təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə