''Günəşli" yatağında əlavə 4 quyunun qazılması üçün 11 saylı Dərin Dəniz Özülündə aparılan yenidənqurma işləri uğurla davam etdirilir. SOCAR-dan SİA-ya verilən məlumata görə, "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilən tədbirlər zamanı indiyədək 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurularaq, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılaraq, texnoloji xətlər çəkilibdir. Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb. Obyektdə işlər başa çatmaq üzrədir.
Qeyd edək ki, əlavə qazılacaq yeni quyuların hər birindən sutkada sutkada 80 ton neft və 10 000 kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB