“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır

"Neft Daşları" yatağındakı 2585 nömrəli özüldən 2583 nömrəli quyunun qazma işləri uğurla davam etdirilir.

SOCAR-ın mətbuat xidmətindən SİA-ya bildirilib ki, "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" neft və qazçıxarma idarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 min 800 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft və 2 min kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə