"Vergi amnistiyası"nı nəzərdə tutan qanun tarixi qanundur" MÖVQE
"Milli Məclisə daxil olan "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsini tarixi layihə adlandırmaq olar". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsinin komitə aparılan müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, qanun layihəsi vergi ödəyicilərinin şəraitinin yaxşılaşdırmaq, bütövlükdə ölkədə sahibkarlığın inkişafında meydana çıxan problemlərin həlinə yönəlib: "Düşünürəm ki, Azrbaycan prezidenti tərəfindən yeni il ərəfəsində Milli Məclisə təqdim olunan qanun layihəsi iş adamları, özəl və dövlət sektoru tərəfindən müsbət qarşılanacaq. Qanun layihəsi az maddədən ibarət olsa da, geniş məzmuna malikdir".
Son illər Azərbaycanın sosial iqtisadi həyatında çox böyük dəyişikliklərin baş verdiyini dilə gətirən komitə sdəri qeyd edib ki, ölkə başçısının iqtisadi islahatlarla əlaqədar olaraq müəyyən etdiyi tədirlər uğurla həyata keçirilir: "Dekabr ayı demək olar ki, Azərbaycan Milli Məclisi üçün çox fəal aylardan biridir. Parlament qısa zaman kəsiyində 2017-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsini qəbul etdi. Bundan əlavə Milli Məclisdə Vegi Məcəlləsinə edilən dəyişikliklə bağlı məsələlər cəmiyyətdə çox maraq doğrurub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB