BETİ yaranmasının 115 illik yubileyini qeyd edir

BETİ yaranmasının 115 illik yubileyini qeyd edir

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Elmi-Tədqiqat İnstitutu (BETİ) yaranmasının 115 illik yubileyini qeyd edir.

SİA-ya verilən məlumata görə, bununla bağlı dekabrın 14-də Dövlət Baytarlıq Nəzarəti Xidmətində "Baytarlıq elminin prioritetləri və innovativ təcrübələr" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

Qeyd edək ki, 1901-ci ildə yaradılan BETİ Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu və Azərbaycan Elmi-Tədqiqat İnstitutunun bazasında fəaliyyət göstərib. İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinin nəzarət işində istifadə olunan mikroorqanizm ştammlarının depolaşdırılması üzrə baza müəssisəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə