SOCAR 2016-cı ilin mart ayı üzrə ödənişlərini AÇIQLAYIB

SOCAR 2016-cı ilin mart ayında dövlət büdcəsinə 109 milyon 248 min manat vəsait ödəyib. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2016-cı ilin yanvar-mart aylarında büdcəyə 325 milyon 130 min manat vəsait ödənilib. Bundan əlavə, cari ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 920 min manat vəsait köçürüb. 2016-cı ilin yanvar-mart aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 31 milyon 970 min manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...