Caspian Energy International Media Group-un Direktorlar Şurası Caspian Energy Award - 2016 (www.CaspianEnergyAward.com) və Caspian Business Award - 2016 (www.Award.CEO) beynəlxalq mükafatlarının təqdimetmə mərasiminin 2016-cı il aprelin 20-də Bakıda təşkili ilə bağlı qərar qəbul edib. Caspian Energy International Media Group-un Direktorlar Şurasının sədri Telman Əliyevin SİA-ya verdiyi məlumata görə, "Caspian Energy Award - 2016 və Caspian Business Award – 2016 beynəlxalq mükafatlarında iştirak etmək imkanını təkcə Caspian European Club-un (Caspian Business Club) üzv şirkətləri deyil, həm də öz fəaliyyət sahələri üzrə fərqlənən dünyanın 50 ölkəsinin müxtəlif şirkətləri əldə ediblər".
Onun sözlərinə görə, hər iki mükafat üzrə nominantlar www.CaspianEnergyAward.com və www.Award.CEO saytlarında dünyanın 50-dən çox ölkəsinin yüksək və orta səviyyəli şirkətlərinin menecerləri arasında keçirilən internet sorğusu əsasında müəyyənləşəcək.
Caspian Energy Award və Caspian Business Award beynəlxalq mükafatları bir qayda olaraq, siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə Xəzər-qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının aşağıdakı sahələr üzrə inkişafına verdiyi töhvəyə görə, təqdim olunur: neft və qaz, daşınma, inşaat, turizm, avtomobil sənayesi, telekommunikasiya və İT texnologiyaları, maliyyə-kreit sistemi, ekologiya və s.
Caspian Energy Award və Caspian Business Award beynəlxalq mükafatları Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group-un dəstəyilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB