Kərəm Həsənov qəbul keçirəcək Xızıda

Kərəm Həsənov qəbul keçirəcək Xızıda

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 23 oktyabr 2015-ci il tarixində Xızı rayonunda vətəndaş qəbulu keçiriləcək. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Xızı, Sumqayıt və Siyəzən şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Qəbul saat 11:00-da rayonda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsi:

(0233)-15-00-48, (018)-65-2-01-71 daxili (24)

Bütün xəbərlər Facebook səhifəmizdə