Şahin Mustafayev: “Növbəti il ölkədə inflyasiya 3,3% səviyyəsində gözlənilir”

Şahin Mustafayev: “Növbəti il ölkədə inflyasiya 3,3% səviyyəsində gözlənilir”

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün keçirilən Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi haqqında danışıb. SİA-nın məlumatına görə, o, dünyada geosiyasi risklərin artmasının, qlobal enerji bazarında qeyri-sabitliyin, Azərbaycanın partnyorları olan ölkələrdə milli valyutaların ucuzlaşmasının orta və uzunmüddətli dövrdə qabaqlayıcı tədbirləri zəruri etdiyini bildirib. Nazir qeyd edib ki, dünya iqtisadiyyatında baş verən proseslər xüsusilə valyuta ehtiyatlarından səmərəli istifadənin, sahibkarlığa dəstəyin, biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərinin əhəmiyyətini artırır: "Dünya iqtisadiyyatında mövcud risklər təhlil edilib və qarşıdakı 3 ildə makroiqtisadi proqnozlarla bağlı müxtəlif ssenarilər hazırlanıb. 2016-cı ildə Azərbaycan iqtisadiyyatında artımın 1,8%, qarşıdakı 3 ildə isə 3,7%- olacağı proqnozlaşdırılır. Növbəti il ölkədə inflyasiya 3,3% səviyyəsində gözlənilir. Makroiqtisadi proqnozlara əsasən, 2016 və qarşıdakı 3 il ərzində neftin baza qiyməti 50 dollar götürülüb".

Bütün xəbərlər Facebook səhifəmizdə