Manatın yumşaq devalvasiyaya keçməsi təklif olundu AÇIQLAMA

Manatın yumşaq devalvasiyaya keçməsi təklif olundu AÇIQLAMA

"2016-cı ilin dövlət büdcəsinin gəlirləri 23-25 faiz azalsa da, sosial layihələrə diqqət azalmayıb". SİA-nın məlumatına görə, bu sözləri deputat Vahid Əhmədov Milli Məclisdə "Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə çıxışı zamanı deyib.

Millət vəkili dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizdə qeyri-neft sektorunun inkişafına şərait yaratdığını bildirib: "Azərbaycanda son illərdə qeyri-neft sektorunda 8-10 faiz inkişafa nail olunub. 2016-cı ildə isə 43 faiz inkişaf nəzərdə tutulub".

V. Əhmədov 2016-cı ildə vergi yığılmasında problemlər ola biləcəyini, Vergilər Nazirliyinin bununla bağlı son zamanlar islahatlar apardığını qeyd edib.

O, manatın devalvasiyasının kiçik və orta sahibkarlığa təsir etdiyini bildirib: "Bu sahədə işlər aparmaq lazımdır ki, 2016-cı ildə belə problemlər olmasın. Manatın 35 faiz devalvasiyası əhalidə narahatlıq yaradır. Mərkəzi Bankın ehtiyatlarında kəskin azalmalar baş verir. Buna görə manatın yumşaq devalvasiyasına keçmək lazımdır".

Millət vəkili Maliyyə nəzarəti haqqında qanun yaradılmalı, Maliyyə Nazirliyinin maliyyə nəzarətlərini artırmalı olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə