OPEC ölkələri sentyabrda neft istehsalını azaldıblar

OPEC ölkələri sentyabrda neft istehsalını azaldıblar

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr sentyabrda neft istehsalını azaldıblar. "Bloomberg" xəbər verir ki, sentyabrda OPEC üzrə neft istehsalı təxminən 233 min barrelə azalaraq 32,048 milyon barrel/gün olub. Buna səbəb keçən ay İraq, Nigeriya və Ekvadorda istehsalın azalmasıdır.

Sentyabrda OPEC-in ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanı da istehsalı 200 min barrel azaldaraq 10,3 milyon barrel/günə çatdırıb. Ötən ay İranın neft istehsalı 100 min barel azalaraq 2,8 milyon barrel/gün, İraqın istehsalı 85 min barrel düşərək 4,214 barrel/gün olub. Liviyanın istehsalı isə 5 min barrel azalıb və 350 min barrel/gün təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə